Təhsil müəssisələri, hazırlıq kursları, tədris mərkəzləri açılması gələn həftə Təhsil Nazirliyinin keçirəcəyi brifinqdə deyiləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
Ş. Mövsümov deyib ki, gələn həftə Təhsil Nazirliyi mətbuat konfransı keçirərək bununla bağlı müvafiq qərarları açıqlayacaq.