“Bütün bu ərazini işğalçılardan qəhrəman Azərbaycan Ordusu azad edib” - Dövlət başçısı- VİDEO

13:28 - 15 Yanvar 2021 - Xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinə səfəri zamanı yolüstü Xocavənd rayonunun Böyük Tağlar kəndində dayanıb.

Ətrafdakı mənzərəni seyr edən dövlət başçısı ölkəmizin gözəl olduğunu bildirib: “Bura Azərbaycandır. Xocavənd rayonu, Böyük Tağlar kəndinin ərazisi. Baxın, necə də gözəldir bizim ölkəmiz. Bütün bu ərazini işğalçılardan qəhrəman Azərbaycan Ordusu azad edib”.

Qeyd edək ki, Birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərdən video-paylaşımlar edib.///Apa

Xəbər xətti