“Şuşaya çəkilən yol tarixi, Qələbəyə aparan yoldur” - Azərbaycan Prezidenti -VİDEO

“Burdan Şuşaya yol açılır. Ona görə qəsəbənin bir hissəsi sökülür. Şuşaya yol bu qəsəbənin içi ilə keçir və bir tərəfi sökülür ki, Şuşa şəhərinə geniş yol açılsın. Şuşa şəhərinə yol geniş olmalıdır. Yol da buradan keçdiyi üçün buralar - sağ, sol sökülür”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı deyib.

Prezident qeyd edib ki, bu yol heç vaxt olmayıb: “Qəhrəman hərbçilərimiz bu ərazidən keçib. Biz isə cəmi 2 ay ərzində bax, bu yolu açmışıq. Sonra əlbəttə ki, bu yol genişləndiriləcək, asfalt döşənəcək və Azərbaycan vətəndaşları Şuşaya rahat gedəcəklər.

Baxın, gün də çıxdı, günəş də bizi salamlayır. Yolumuzu işıqlandırır. Biz gedirik Şuşaya. Azad edilmiş Şuşaya. Yol tikintisi də aparılır. Əminəm ki, bu, gözəl bir yol olacaq. Ölkəmizin ən gözəl yollarından olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə tikiləcək. Eyni zamanda mənzərəli yoldur, tarixi yoldur, Qələbəyə aparan yoldur. Səma da açıqdır. Günəş yolumuzu işıqlandırır”.///Apa

 

Tarix
15 Yanvar 2021 [12:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-15 12:45:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin