Heyvanı sobada bişirib yeyin – Orqanizmə inanılmaz FAYDALARI

22:13 - 14 Yanvar 2021 - DİGƏR

Heyva ən faydalı payız meyvələrindən biridir. Mütəxəssislərin sözlərinə görə, heyva ürək üçün əsl təbii dərmandır.

Ucnoqta.az Food News-a istinadla bildirir ki, kaliumla zəngin olan heyva təzyiqi normallaşdırır, damarlarda olan gərginliyi və spazmaları azaldır və bununla da ürəyin işemik xəstəliyi, ürək tutması və insultun riskini azaldır.

Mütəxəssislər heyvanı çiy deyil, sobada bişirilmiş halda yeməyi tövsiyə edirlər.
Həmçinin alimlərin sözlərinə görə, C vitamini və flavonoidlərlə zəngin olan bu meyvə orqanizmdə iltihabları azaldır, immuniteti gücləndirir, hüceyrələri sərbəst radikalların mənfi təsirindən qoruyur.
///Saglamolun.Az

Xəbər xətti