Azərbaycanla Yaponiya arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

Yanvarın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan ilə Yaponiya arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri xüsusi vurğulayan Müdafiə naziri diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb.

Ölkəmizdə fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Yaponiya münasibətlərinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə tərəflər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Tarix
14 Yanvar 2021 [17:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-14 17:42:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin