"Barselona"nın 2003-cü ildə Ronaldonu transfer etməməsinin səbəbi məlum olub

20:22 - 13 Yanvar 2021 - İDMAN

Kriştiano Ronaldo və Lionel Messinin futbol tarixinin gəlmiş-keçmiş ən yaxşı futbolçulardandır. Əgər 2003-cü ildə "Barselona" Kriştiano Ronaldonu transfer etsəydi, hər şey daha fərqli olardı. Bunun qarşısını nə kəsdi?

Offsideplus.az Marca-ya istinadən xəbər verir ki, həqiqətən də 2003-cü ildə Katalon klubunun portuqaliyalı ulduzu heyətinə qatmaq şansı vardı. Lakin klub Ronaldinyo ilə razılığa gəldiyindən Kriştianoya ehtiyac qalmayıb. Bu barədə "Barselona"nın sabiq prezidenti və hazırkı prezidentliyə namizəd Xuan Laporta danışıb:

"Həmin dönəmdə Ronaldinyo və Rafael Markesi transfer edirdik. Ronaldo "Sportinq"də çıxış edirdi. Onun agentlərindən biri bizə xəbər verdi ki, "Sportinq" "Mançester Yunayted"ə 19 milyon, bizə isə 17 milyon avroya portuqaliyalını sata bilər. Lakin biz artıq Ronaldinyo ilə danışıqlarda razılığa gəlmişdik".

Xəbər xətti