Abşeronda evlərdən silsilə oğurluqlar edən şəxs tutulub

Abşeronun Xırdalan şəhərində yaşayan bir qrup sakin polisə ərizə ilə müraciət edərək onlara məxsus fərdi yaşayış evlərindən oğurluqlar edilməsi ilə bağlı məlumat veriblər.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 10-dan artıq fərdi yaşayış sahəsindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Samir Səlimov saxlanılıb.

Narkotik istifadəçisi olan Samir istintaqa ifadə verən zaman oğurluqları narkotikə olan tələbatını ödəmək üçün etdiyini bildirib.

Samir Səlimovun barəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Tarix
13 Yanvar 2021 [17:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-13 17:57:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin