Sabahdan bu marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək

17:28 - 13 Yanvar 2021 - Cəmiyyət

52 və 193 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, yanvarın 14-dən Mirmahmud Kazımovski küçəsinin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə kimi olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar, həmin küçədən hərəkət edən 52 və 193 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.


Xəbər xətti