Sosial şəbəkələrdə şikayət edilməsi düşmən dəyirmanına su tökmək deməkdir - MN

“Son zamanlar səfərbərlikdən xidmətə çağrılmış və Vətən müharibəsindən sonra tərxis edilmiş vətəndaşlarımızın bəziləri öz müraciətlərini sosial şəbəkələr vasitəsilə edirlər. Həmin müraciətlər anonim olduğundan biz onlara köməklik edə bilmirik”.

Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

“Həmin şəxslərə bir daha xatırladırıq ki, onları narahat edən hər hansı məsələlərin həlli üçün Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzindəki komissiyaya yazılı və şifahi formada müraciət etmələri kifayət edir. Sosial şəbəkələrdə yayılan bu məlumatlar Müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirir. Eyni zamanda, bu, düşmən dəyirmanına su tökmək deməkdir”, - nazirlik rəsmisi bildirib.

Tarix
13 Yanvar 2021 [12:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-13 12:51:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin