Sosial şəbəkədə mübahisə bıçaqlanma ilə nəticələndi

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Sumrayıt şəhər prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə, hadisə 29 dekabr 2020-ci il tarixdə saat 00:00 radələrində baş verib. Rüstəmov Rahib Rafik oğlunun çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili-tibbi yardım xəstəxanasına daxil olması barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Məmmədov Samir Qiyas oğlu və 1992-ci il təvəllüdlü Rüstəmov Əli Əfqan oğlunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında zərərçəkmiş Rahib Rüstəmov ilə sosial şəbəkədə aralarında baş vermiş mübahisə ilə əlaqədar görüşərək sonuncuya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Əli Rüstəmov və Samir Məmmədov Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunub.

Əli Rüstəmov və Samir Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
13 Yanvar 2021 [11:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-13 11:37:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin