“YouTube” da Trampın hesabını blokladı

“Google”a məxsus “YouTube” şirkəti ABŞ Prezident Donald Trampın video platformadakı hesabını blokladığını açıqlayıb.

Breakingthenews.net xəbər verir ki, keçən həftə tərəfdarlarını Kapitoli binasına girməyə təşviq etməkdə günahlandırıldıqdan sonra Prezident Donald Trampın video platformadakı hesabı müvəqqəti dondurulub.

Şirkətdən bildirilib ki, minimum yeddi gün ərzində kanala yeni məzmun yükləmənin qarşısı alınacaq və videoların altındakı şərhlər həmişəlik silinəcək.

Bu addım ABŞ prezidentinin həm “Twitter”, həm də “Facebook” hesabına qadağa qoyulduqdan sonra atılıb.///oxu.az

Tarix
13 Yanvar 2021 [09:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-13 09:26:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin