Əfsanəvi “Chrysler” 113 min manata satışa çıxarıldı - FOTO

Amerikanın əfsanəvi 1957-ci il istehsalı “Chrysler 300 Letter Series” (300 C) satışa çıxarılıb. Ucnoqta.az xəbər verir ki, bu barədə elan “Avto.ru” saytında yerləşdirilib.

Məlumata görə, Rusiyanın Kimrax şəhərində olan iki qapılı avtomobilin uzunluğu 5,5 metrdir. Satıcı maşının saz vəziyyətdə olduğunu iddia edir və sürüş məsafəsi 27 000 kilometrdir. Onun sözlərinə görə, avtomobilin bütün sənədləri qaydasındadır. “Chrysler” 2006-cı ildə ABŞ-da restovrasiya edilib, daha sonra isə Rusiya vətəndaşına satılıb. Avtomobil 396 at gücündə olan 6,4 litrlik benzinlə işləyən mühərriklə təchiz edilib. Mühərrik avtomatik transmissiya ilə birgə işləyir. Maşının maksimal sürəti 210 kilometr saatdır. Sahibi “Chrysler 300 Letter Series” üçün 113,000 min manat istəyir.

 

Namiq Musayev

 

Tarix
21 Dekabr 2020 [19:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-12-21 19:45:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin