Nadir “Mercedes” 338 min manata satışa çıxarıldı - FOTO

14:01 - 18 Dekabr 2020 - AVTO

Rusiyanın Tver şəhərində 1959-cu ildə istehsal edilən “Mercedes-Benz 220” SE (W128) satışa çıxarılıb. Ucnoqta.az xəbər verir ki, bu barədə “Avto.ru” portalında elan yerləşdirilib. Elanda avtomobilin sürüş məsafəsi 50 min kilometr göstərilib. Maşın 6 silindirli 120 at gücündə olan 2,2 litrilik benzin mühərriklə və mexaniki “Bosch” inyeksiya ilə təchiz edilib. Aqreqator mexaniki transmisiya ilə birgə işləyir. Kabriolet sahibi “Mercedes”in çox yaxşı vəziyyətədə olduğunu bildirib və maşın Almaniyada yığılaraq yaxın vaxtlarda Rusiyaya gətirildiyini bildirib. O, nadir tapılan maşın üçün 14,738,279 rubl (337,500 manat) istəyir.

Qeyd edək ki, “Mercedes-Benz 220 SE” ikinci nəsil “Ponton” kimi məşhurdur.

Belə kabrioletlərdən cəmi 1112 ədəd tirajlanıb.

Bu cür maşınlardan bu günə qədər neçə ədəd qorunub saxlanılması məlum deyil.

 

Namiq Musayev

 


Xəbər xətti