Avtobus mikroavtobusla toqquşdu; 7 ölü, 11 yaralı - FOTO

11:43 - 17 Dekabr 2020 - HADİSƏ

Misirin Sohaq əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə əl-Koşeh kəndinin girişində qeydə alınıb. Bu barədə "Akhbar əl-Yom" portalı məlumat verib.

Portalın məlumatına əsasən, Kena şəhərindən Qahirəyə hərəkət edən reys avtobusu, Mersa-Matruha şəhərindən ölkənin şimalında yerləşən əl-Balabiş kəndinə gedən sərnişin mikroavtobusu ilə toqquşub.

Qəza nəticəsində 7 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb. Yaralılar, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Yerli polis Faktla əlaqədar araşdırmalara başlayıb.

Namiq Musayev


Xəbər xətti