Hərbçilərin olduğu avtobus TIR-la toqquşdu; 10 yaralı - FOTO

13:05 - 9 Dekabr 2020 - HADİSƏ

Türkiyənin Konya vilayətində hərbçilərin olduğu avtobusun və TIR-ın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az DHA-ya istinadən xəbər verir ki, qəza dekabrın 9-da səhər saatlarında Konya-Adana avtomagistralının Karapınar rayonunda qeydə alınıb.

Məlumata görə, Müdafiə Nazirliyinin Atış Test və Dəyərləndirmə Mərkəzinə hərbçi daşıyan Səlim Can Ertəkinin idarə etdiyi 42 CIJ 84 qeydiyyat nömrə nişanlı avtobus, qatı duman səbəbindən Osman Duranın idarə etdiyi 15 PS 090 qeydiyyat nömrə nişanlı “SCANIA” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü və 8 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar, hadisə yerinə cəlb edilən ambulanslarla Karapınar Dövlət xəstəxanasına çatdırılıblar. Onlarını vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

 

Namiq Musayev

Xəbər xətti