Regionlarda QHT-lərə təşkilati dəstək göstərilib

19:35 - 4 Dekabr 2020 - Xəbər

“Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi (İB) Azәrbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumәt Tәşkilatlarına Dövlәt Dәstәyi Şurasının maliyyә yardımı ilә daha bir layihənin icrasını uğurla başa çatdırıb.

"Şimal – Qərb regionunda həyata keçirilən layihələrin monitorinqinin aparılması və QHT-lərə təşkilatı dəstəyin göstərilməsi layihəsi" adlı layihә 2020-ci il avqust ayının 1-dən etibarәn hәyata keçirilib vә 4 ay müddәtindә davam edib.

Təşkilat tərəfindən Azәrbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumәt Tәşkilatlarına Dövlәt Dәstәyi Şurasının maliyyәləşdirdiyi layihələrin, Şimal – Qərb regionunda həyata keçirilən layihələrin fəaliyyətinin monitorinqi aparılmış, QHT-lərə təşkilati dəstək göstərilib. Layihələrin effektivliyi barəsində sorğular keçirilib, məlumatlandırma bukletləri hazırlanaraq paylanılıb.

Xəbər xətti