İsmayıllıda koronavirus xəstəsinə cinayət işi başlanılıb

İsmayıllıda koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, rayon sakini Vüqar Ziliyevin COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilsə də o, yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən küçədə hərəkətdə olarkən aşkarlanan həmin şəxs dərhal yaşadığı ünvana geri göndərilib.

Onun barəsində İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.

 

Tarix
4 Dekabr 2020 [15:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-12-04 15:35:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin