Rusiyanın Qarabağla bağlı mövqeyi dəyişməyib- Kreml

14:42 - 4 Dekabr 2020 - DÜNYA

Rusiyanın Qarabağın statusu ilə bağlı mövqeyi dəyişməyib

Ucnoqta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. Peskov bildirib ki, digər ölkələr kimi, Rusiyanın da Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyi dəyişməyib: "Bu ərazinin mənsubiyyəti BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən edilir. Bütün bunlar Təhlükəsizlik Şurasının qətnamələrində göstərilib. Rusiya heç bir şeyi dəyişməyib. Əslində, heç bir ölkə dəyişməyib" -deyib Peskov.

"Və Prezident Putin Qarabağın özünü tanımadığını, hətta Ermənistanın özü tərəfindən də tanınmadığını söylədi. Prezident Putin bu barədə danışdı" -deyə Kremlin sözçüsü xatırladıb.

Xəbər xətti