İraq Parlamentinin Baş katibi Azərbaycan Prezidentinə məktub yazıb

16:40 - 30 Noyabr 2020 - Xəbər

İraq Parlamentinin Baş katibi Servan A.İsmail Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıb.

Ucnoqta.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.
Sizi və Azərbaycan xalqını Ermənistanla atəşkəs razılaşmasının imzalanması və ərazi bütövlüyünüzün bərpası münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Şübhəsiz ki, bu tarixi atəşkəs razılaşması bölgədə ədalətin bərqərar olmasında mühüm mərhələdir.

Mən və çoxmilyonlu xalqımız Sizin rəhbərliyinizlə bu atəşkəs razılaşmasının reallaşmasında böyük rolu olan digər liderlərlə əməkdaşlığınızdan qürur duyuruq.

İnanıram ki, bu razılaşma hər iki ölkənin və bölgədəki bütün xalqların maraqlarını təmin edəcəkdir".

Xəbər xətti