Bakıda yeni tikilidə yanğın olub - Foto

17:49 - 29 Noyabr 2020 - HADİSƏ

Bakıda tikinti obyekti yanır.

Hadisə Nizami rayonu ərazisində yerləşən “Neftçilər" metrostansiyasının yaxınlığında yeni tikinti obyektində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib. İlkin məlumata görə, yanğın təqribən 150 m² sahədə olub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti