Qurban Qurbanovun səhhətində problem yarandı

16:40 - 29 Noyabr 2020 - Xəbər

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun "Səbail"lə səfər oyununda texniki zonada yer almayıb.

Klubdan verilən məlumata görə, 48 yaşlı mütəxəssisin səhhətində problem yaranıb. Amma bunun koronavirusla bağlı olmadığı bildirilib. Həkimlər ona 2-3 gün istirahət etməyi məsləhət görüblər.

Qeyd edək ki, "Qarabağ"ı "Səbail"lə matça Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov çıxarıb.

Xəbər xətti