S-500 HHM sistemləri 2021-ci ildə hazır olacaq

08:14 - 27 Noyabr 2020 - DÜNYA

Yeni nəsil S-500 hava hücumundan müdafiə sistemləri 2021-ci ildə hazır olacaq. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Rusiya Aerokosmik Qüvvələrinin baş komandanının müavini general-leytenant Andrey Yudin deyib. A.Yudin bildirib: "Qeyd etmək lazımdır ki,S-500 mobil hava və raket əleyhinə müdafiə sisteminin hazırlanmasının tamamlanması 2021-ci ilə planlaşdırılır". Xatırladaq ki, daha əvvəl S-500 sisteminin elementlərinin hazır olduğu bildirilirdi.

Xəbər xətti