Ermənistan parlamenti ölkədə hərbi vəziyyətin davam etməsinə qərar verib.
Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.
Parlament “Çiçəklənən Ermənistan” Partiyasının təşəbbüsünü dəstəkləməyib.
Səsvermədə 36 deputat təşəbbüsün lehinə, 56-sı əleyhinə səs verib.
Qeyd edək ki, Ermənistan müxalifəti hərbi vəziyyətin ləğvinin elan edilməsinə, bundan sonra isə Nikol Paşinyanın istefasına nail olmağa çalışır.///oxu.az
Tarix
26 Noyabr 2020 [20:38]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin