Hamını şoka salan qəza;sürücü çevrilən maşından uçaraq evin damına düşdü - VİDEO

18:27 - 16 Noyabr 2020 - HADİSƏ

Türkiyənin Konya əyalətində hamını şoka salan qəza baş verib. Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, hadisə Akıncılar məhəlləsində qeydə alınıb. Məlumata görə, Mustafa Ö., idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəfildən sükan idarəetməsini itirib. Nəzarətdən çıxan nəqliyyat vasitəsi bir neçə dəfə çevrilib və bu anda sürücü  maşından çıxaraq bir evin damına düşüb. Ətrafdakı insanların xəbər verməsi ilə hadisə yerinə xilasetmə qüvvələrinin və təcili tibbi yardım briqadasının əməkdaşları gəlib. Xəsarət alan Mustafa Ö. evin damından düşürülərək xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Faktla əlaqədar araşdırma aparılır.

Namiq Musayev

Xəbər xətti