"Fransa ilə əlaqələr dayandırılmalı, səfir geri çağırılmalıdır"- Millət vəkili

11:57 - 26 Noyabr 2020 - Xəbər

Fransa Senatının qəbul etdiyi qətnamə beynəlxalq hüquqa ziddir.

Bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Azay Quliyev deyib. O, əlavə edib ki, Senatın məlum qətnaməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir:
“Təsəvvür edin ki, Fransa Senatı Azərbaycanı beynəlxalq hüquqla tanınan öz ərazisinə hücuma görə ittiham edir...

Hesab edirəm ki, Azərbaycanın Fransadakı səfiri geri çağırılmalı, Fransa ilə iqtisadi və humanitar əlaqələr kəsilməli, Parlamentlərarası fəaliyyət dayandırılmalı, Prezident Makron Azərbaycanın ərazi bütövlüyünə dair bəyanatı yenilənməlidir. Həmçinin Senatın bu addımının yolverilməzliyi bəyan olunmalıdır”.

Xəbər xətti