Senatın qərarı aydın şəkildə Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdir - Hulusi Kılıç

Senatın qəbul etdiyi bu layihə mətni siyasət deyil, aydın şəkildə Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdir.

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, dünən axşam Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikasının” tanınmasına dair qəbul edilən qətnamə layihəsi etibarsızdır, adi kağız parçasıdır. Fransa Senatı üçün utancverici qətnamədir:

"Qətnamə layihəsinə baxanda Qarabağla bağlı qəbul edilən qərarla Türkiyəyə qarşı da düşmənçilik edildiyini görürük.
Qətnamə Fransa Senatının dünyadan xəbərsiz olduğunu, 27 sentyabrdan bəri Qafqazda nə baş verdiyi haqqında məlumatı olmadığını da nümayiş etdirir. Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı birgə Bəyanatdan, Azərbaycanın apardığı Vətən müharibəsindən də xəbərsizdir.

Daha da vacibi BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında saxlanılan əraziləri və Dağlıq Qarabağla əlaqədar qəbul etdiyi, Fransa dövlətinin imzasının olduğu müvafiq qətnamələrdən də xəbəri yoxdur. Fransa Senatı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi Fransanın bitərəf və ədalətli olmalı olduğunu unudur. Eləcə də keçən həftə Prezident Emmanuel Makronun “Qarabağ və ətrafındakı ərazilər beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir” deyə bildirdiyini də bilmir".

Sabiq diplomat deyib ki, bütün bunlar təcavüzkar və işğalçı Ermənistanın Fransadakı davamçısı olan erməni diasporunun və lobisinin Fransa Senatını uşağ bağçasına, oyuncağa çevirdiyini göstərir. Fransa Senatının imici ciddi şəkildə zədələnib:
"Senatın qəbul etdiyi bu layihə mətni siyasət deyil, aydın şəkildə Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdir.

Əvvəldə də qeyd etdiyim kimi bu sənəd dəyərsizdir, zibilə atılacaq".///trend

Tarix
26 Noyabr 2020 [11:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-11-26 11:41:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin