"Qarabağ" - "Sivasspor" oyununda 1 dəqiqəlik sükut olacaq

23:26 - 25 Noyabr 2020 - İDMAN

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində bu həftə keçiriləcək bütün oyunlar 1 dəqiqəlik sükutla başlayacaq.

Bu barədə UEFA prezidenti Aleksander Çeferin qurumun rəsmi saytına açıqlamasında deyib.
Sloveniyalı funksioner artıq bununla bağlı xüsusi tapşırıq verdiyini bildirib.

Maradona bu gün ürəktutmasından sonra 60 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, "Qarabağ" sabah Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Türkiyədə "Sivasspor"la qarşılaşacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.///report

Xəbər xətti