Bakı Dövlət Universitetinin dekanı COVİD-19-dan ölüb

17:48 - 25 Noyabr 2020 - Cəmiyyət

Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin dekanı Məmmədəli Ramazanov koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov sosial şəbəkədəki səhifəsində yazıb.

"Bu, elm ictimaiyyətimiz üçün ağır itkidir. Allah rəhmət eləsin! Məkanı cənnət, ruhu şad olsun!" - deyə, o bildirib.

Qeyd edək ki, Məmmədəli Ramazanovun 62 yaşı var idi.

 

Xəbər xətti