Azərbaycanda 19 yaşlı gənc itkin düşdü- Foto

17:36 - 25 Noyabr 2020 - HADİSƏ

Naftalan şəhərinin Qasımbəyli kənd sakini, 19 yaşlı Sahil Əhmədov noyabrın 23-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, S.Əhmədovun boyu 178 santimetr, gözlərinin rəngi qəhvəyi və qara saçlıdır. Evdən çıxan zaman əynində ağ zolaqlı qara köynək, tünd göy rəngdə gödəkçə, boz rəngdə idman şalvarı və idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02235-2-31-15 şəhər və (050) 673-13-05 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Xəbər xətti