Üç rayona içməli su məhdudiyyətlə veriləcək

16:42 - 25 Noyabr 2020 - Xəbər

Ceyranbatan-Maştağa magistral su xəttinin Goradil dəmiryolu stansiyası ərazisindən keçən hissəsinin köçürülməsi ilə əlaqədar 26-27 noyabr 2020-ci il tarixlərində Abşeron, Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərinə (əsasən bağ massivlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Ucnoqta.az-a “Azərsu” ASC-dən məlumat verilib.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər xətti