İranda koronavirusdan ölənlərin sayı 46 mini keçib

15:04 - 25 Noyabr 2020 - DÜNYA

İranda ötən sutka ərzində 469 nəfər koronavirusdan (COVID 19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 46 207 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 843 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 894 385 nəfərə yüksəlib. 

İranda indiyədək 625 606 nəfər koronavirusdan sağalıb. Virus daşyıcılarından 5 832 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Xəbər xətti