Qubada postda saxlanılan şəxsdən narkotik götürüldü

Qubada rayonunda postda saxlanılan şəxsdən narkotik vasitə aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayon sakini Kamal İskəndərov özünə məxsus “Niva” markalı nəqliyyat vasitəsi ilə Qusar-Quba istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Quba rayonun giriş hissəsində quraşdırılmış müvəqqəti stasionar postda Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğu üçün onun üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman ondan və nəqliyyat vasitəsindən kibrit qutusunda və sellofan bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də bir ədəd bıçaq aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Kamal İskəndərov narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
25 Noyabr 2020 [10:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-11-25 10:11:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin