Son sutkada 34 nəfər COVID-19-dan vəfat edib

17:38 - 24 Noyabr 2020 - Cəmiyyət

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 646 yeni yoluxma faktı qeydə alınıb, 1 259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 34 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 98 927 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 65 734 nəfər müalicə olunaraq sağalıb, 1 194 nəfər vəfat edib, aktiv xəstələrin sayı 31 999 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 358, ötən müddət ərzində isə ümumilikdə 1 631 597 test aparılıb.

Xəbər xətti