Ermənistan müdafiə nazirinin müavini Makar Qambaryan istefa verib.
Bu barədə “Mediaport Telegramm” məlumat yayıb.
O, 2018-ci ilin may ayının 29-da bu vəzifəyə təyin edilib. Onun keçmiş müdafiə naziri David Tonoyan tərəfindən hazırlanıb, reallaşdırılan korrupsiya sistemində birbaşa iştirak etdiyi bildirilir.
Qeyd edək ki, M.Qambaryan bundan əvvəl Ermənistan hökumətinin administrasiyasında maliyyə-iqtisad idarənin rəisi olub. Bundan sonra beynəlxalq iqtisadi inteqrasiya və islahatlar üzrə nazir müavini işləyib. 2018-ci ilin aprelində bu qurum ləğv edilib.
Xatırladaq ki, ötən gün Ermənistan müdafiə nazirinin digər müavini Qabriel Balayan vəzifəsindən azad edilib.///report
Tarix
24 Noyabr 2020 [17:16]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin