AFFA iki klubu cərimələdi

15:39 - 24 Noyabr 2020 - İDMAN

AFFA İntizam Komitəsi "Sumqayıt" klubunu 800 manat məbləğində cərimələyib.

Buna komandanın Premyer Liqanın X turunda səfərdə "Qarabağ"a 1:6 hesabı ilə uduzduğu matçda 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması səbəb olub.

Komitə "Zirə" klubuna da eyni cəzanı verib. Qəsəbə təmsilçisinin 4 oyunçusu "Keşlə"yə evdə 3:1 hesabı ilə qalib gəldikləri matçda sarı vərəqə alıb.///report

Xəbər xətti