Yaşadığı evi tərk edən daha bir koronaviruslu xəstə saxlanıldı- Video

13:30 - 24 Noyabr 2020 - Xəbər

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Lerik rayon sakini, faktiki olaraq Binə qəsəbəsində yaşayan Simran Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S.Əliyev yaşadığı evə qaytarılıb.

Onun barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. S.Əliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər xətti