Polkovnik Babək Səmidli dəfn olunub.
Şəhid polkovnik Göyçay rayon şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri və digər ziyalılar iştirak ediblər.
Qeyd edək ki, şəhid polkovnik ötən gün işğaldan azad olunan Suqovuşan qəsəbəsində minaya düşərək həlak olub.
Fotolar Apa-ya məxsusdur.
Tarix
24 Noyabr 2020 [12:03]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin