Vilayət Eyvazovdan yeni Təyinat

11:48 - 24 Noyabr 2020 - Xəbər

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilib.

Nazirin digər əmri ilə o, DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub.

Xəbər xətti