DİN-dən siqaret çəkilməsilə bağlı daha bir AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) açıq havada siqaret qadağası ilə bağlı daha bir açıqlama verib.

DİN Mətbuat xidmətindən  bildirilib ki, insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbə sıralarında açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz:

"Amma parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək qadağan deyil. Lakin insanlara tövsiyə olunur ki, siqareti daha çox siqaret çəkmək üçün müəyyənləşdirilmiş yerlərdə çəksinlər. Küçədə, insanlardan kənarda siqaret çəkənlər cərimə olunmur. Sadəcə öncədən yayılan məlumatlar koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün tövsiyə xarakterli xəbərdarlıqlardır".

Ölkədə noyabrın 21-dən açıq havada maska taxmaq məcburidir. Buna əməl etməyənlər 100 manat məbləğində cərimə olunur.

Xatırladaq ki, DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report"a açıqlamasında bildirib ki, açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər 100 manat məbləğində cərimələnir.

Tarix
23 Noyabr 2020 [15:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-11-23 15:31:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin