Əks istiqamətə çıxan mikroavtobus avtomobillə toqquşdu; 1 ölü, 4 yaralı - VİDEO

19:45 - 23 Noyabr 2020 - HADİSƏ

Türkiyənin Artvin vilayətində 1 nəfərin ölümü, 4 nəfərin də xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, hadisə “Su qovuşma 1” tunelində baş verib.

Kadrlarda, Ləvənt K.-nin idarə etdiyi 08 M 9057 qeydiyyat nömrə nişanlı mikroavtobus, hələlik məlum olmayan səbəblərdən, sükan idarəetməsini itirərək yolun əks istiqamətinə çıxaraq hərəkət etdiyi və Həmzə E.-nin idarə etdiyi 53 AF 400 qeydiyyat nömrə nişanlı minik avtomobillə toqquşduğu görülür.

Zərbənin şiddətindən minik avtomobilinin salonunda olan sərnişin 63 yaşlı Xədicə Ərgün, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Nəqliyyat vasitələrinin sürücüləri və digər iki nəfər, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar.

Faktla əlaqədar polis tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Xəbər xətti