Gürcüstanda daha 3 958 nəfər koronavirusa yoluxub, 36 nəfər ölüb

11:10 - 23 Noyabr 2020 - DÜNYA

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 958 yoluxma halı qeydə alınıb, 36 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 108 690 nəfərə, ölənlərin sayı isə 1 012 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 89 170 nəfərin sağaldığı bildirilir.

Xəbər xətti