Şəhər mərkəzində iki avtobus toqquşdu; 1-i ağır olmaqla, 47 yaralı

11:09 - 23 Noyabr 2020 - HADİSƏ

Tunisdə iki avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, qəza paytaxt Tunisdə qeydə alınıb. Bu barədə “Mosaique Fm” radiostansiyası məlumat yayıb.

Məlumata görə, şəhər mərkəzində yüksək sürətlə hərəkət edən turist avtobusu, “Tunisair” aviaşirkətinin əməkdaşlarını daşıyan avtobusla toqquşub. Qəza nəticəsində azı 47 nəfər xəsarət alıb. Hər iki avtobusun sürücüsü və sərnişinləri xəstəxanaya yerləşdiriliblər. Həkimlər sürücülərdən birinin vəziyyətini ağır kimi qiymətləndirib.

Bildirilir ki, digər yaralılar həkim müayinəsindən sonra ambulator müalicəyə buraxılıblar.

Nəqliyyat və loqistika işlər üzrə nazir Moez Şakşuk, hadisənin hərtərəfli və dəqiq araşdırılması üçün göstəriş verib.

 

Namiq Musayev

Xəbər xətti