ABŞ-ın yeni Dövlət katibi kim olacaq? - AÇIQLANDI

12:24 - 21 Noyabr 2020 - DÜNYA

ABŞ Prezidenti seçilən Co Bayden dövlət katibi vəzifəsinə namizədini müəyyənləşdirib.

Bu barədə “Hill” nəşrinin məlumatına görə, bu vəzifəyə namizədin adı gələn həftə açıqlanacaq.

Nəşr Baydenin bu vəzifəyə çoxdankı müttəfiqi olan Toni Blinkenin namizədliyini irəli sürəcəyini yazıb.

Qeyd edək ki, Blinken ABŞ dövlət katibinin birinci müavini və prezidentin milli təhlükəsizlik üzrə müşavirinin müavini vəzifələrində çalışıb.///publika.az

Xəbər xətti