Sıxılmış qaz daşıyan avtosisterini aşaraq partladı; 14 nəfər öldü - FOTO

09:43 - 17 Noyabr 2020 - HADİSƏ

Meksikanın Nayarit ştatında avtosisterinin iştirakı ilə dəhşətli qəza baş verib. Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, hadisə noyabrın 16-da Tepikom və Qvadalaxaroy şəhərlərini birləşdirən trasda qeydə alınıb.

Məlumata görə, sıxılmış qaz daşıyan yük maşını, hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq aşıb və yanaraq partlayıb. Partlayışın şiddətindən yolda qoyulan beton arakəsmələr dağılıb və 3 minik avtomobili məhv olub. Hadisə nəticəsində 14 nəfər vəfat edib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Namiq Musayev


Xəbər xətti