Sürücüsü içində olan maşın qəfil partladı - Foto

15:46 - 12 Noyabr 2020 - HADİSƏ

Kəlbəcər rayon sakini Ebil Orucova məxsus “Mitsubishi” markalı minik maşınında qəfildən partlayış baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə Goranboy rayonunda qeydə alınıb.
Sürücü hadisə zamanı avomobildə olduğundan üz və əl nahiyəsindən yüngül xəsarət alıb. Partlayış nəticəsində minik maşını yararsız hala düşüb.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.


Xəbər xətti