Bərdəni atəşə tutan "Smerç" məhv edilib - VİDEO

10:10 - 30 Oktyabr 2020 - Xəbər

Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib.

Bu barədə Ucnoqta.az Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 29-u saat 15.18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Qeyd olunan reaktiv sistemin məhv edilidyi anın videogörüntüsünü təqdim edirik.

 

Xəbər xətti