Ceyhun Bayramovun türkiyəli həmkarı ilə telefon danışığı olub

Bu ilin 29 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Nazir Ceyhun Bayramov həmkarına Türkiyə Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb və qardaş Türkiyəyə davamlı sülh, əminamanlıq və firəvanlıq arzulayıb.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Ermənistan tərəfindən mülki şəxslərin xaincəsinə hədəfə alınması və dinc insanlara qarşı növbəti müharibə cinayətlərinin törədilməsinin qəbuledilməz olduğu və bu cinayətlərə görə cavabdeh olan şəxslərin ədalət məhkəməsi qarşısında cavab verməsinin zəruriliyi Nazirlər tərəfindən vurğulanıb.

Tarix
29 Oktyabr 2020 [23:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-29 23:49:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin