Dəyəri 72 milyon dollar olan kokain daşıyan şəxsi təyyarə ələ keçirilib - FOTO

12:59 - 28 Oktyabr 2020 - HADİSƏ

Meksikada külli miqdarda narkotik vasitə daşıyan təyyarə ələ keçirilib. Ucnoqta.az xəbər verir ki, oktyabrın 27-də Meksikanın silahlı qüvvələri şəxsi təyyarədə külli miqdarda narkotik vasitənin daşınması ilə bağlı məlumat əldə edib.

Məlumata görə, dərhal hərəkətə keçən hərbçilər, ölkənin hava məkanını qanunsuz keçməyə cəhd edən hava gəmisini enməyə məcbur ediblər. Təyyarənin göyərtəsində aparılan yoxlama zamanı, oradan 1,5 ton saf kokain növü narkotik vasitə aşkar edilib.

Səlahiyyətlilər, narkotik vasitənin bazar dəyərinin 72 milyon dollar olduğunu bildiriblər.

Pilotlar həbs edilərək istintaqa cəlb ediliblər.

 

Namiq Musayev

 

Xəbər xətti