Müdafiə Nazirliyi məlumat yaydı

12:03 - 27 Oktyabr 2020 - Xəbər

Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır və təxribat xarakteri daşıyır

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb:
"Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.
Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir.

Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur".

Xəbər xətti