Hava limanına enən təyyarə uçuş-eniş zolağından kənara çıxdı - FOTO

09:35 - 27 Oktyabr 2020 - HADİSƏ

“American Eagle” aviaşirkətinə məxsus sərnişin təyyarəsi hava limanına uğursuz eniş edib. Ucnoqta.az xəbər verir ki, hadisə oktyabrın 24-də Bahama adalarının Friport şəhərində yerləşən aeroportda qeydə alınıb.

Bildirilir ki, göyərtəsində 28 sərnişinin və heyət üzvünün olduğu layner, Mayami reysini həyata keçirib.

İlkin ehtimala görə, “Embraer ERJ 145” tipli hava gəmisi enişə keçən zaman texniki nasazlıq yaranıb və zolaqdan çıxaraq torpaq əraziyə hərəkət edib.

Yerli KİV-in məlumatına görə, qəza zamanı ciddi xəsarət alan olmayıb.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

Xəbər xətti